Azərbaycanın I Liqa klubu "Mingəçevir"in baş məşqçi postuna Elman Sultanov gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssislə 2026/2027 mövsümünü əhatə edən müqavilə imzalanıb.
Qeyd edək ki, "Mingəçevir" I Liqanın ilk turunda "Zaqatala" ilə qarşılaşacaq. I Liqada 2026/2027 mövsümü sentyabrın 3-də start götürəcək.

Qaynar xətt:
(055) 224 12 12