"Qəbələ" "Mingəçevir"i məğlub edərək Premyer Liqada yerini qoruyub.
Oxu.Az xəbər verir ki, bölgə təmsilçiləri Azərbaycan Premyer Liqası uğrunda pley-off matçında üz-üzə gəliblər.
"SOCAR Polymer Arena"da keçirilən görüşdə Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu kollektiv 2:0 hesablı qələbəyə sevinib.
36-cı dəqiqədə "Mingəçevir"in futbolçusu Əkbər Eyubov avtoqol müəllifi olub. "Qəbələ"nin heyətində isə Seydina Keyta 45+5-ci dəqiqədə fərqlənib.
Bu qələbə sayəsində "Qəbələ" 2026/2027 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etmək hüququ qazanıb.
Xatırladaq ki, "Qəbələ" cari mövsüm Misli Premyer Liqasını 11-ci, "Mingəçevir" isə I Liqanı 2-ci pillədə başa vurub.
Bu gün Misli Premyer Liqasına vəsiqə qazanacaq komanda müəyyənləşəcək.
Oxu.Az xəbər verir ki, Premyer Liqaya çıxmaq uğrunda "Qəbələ" və "Mingəçevir" klubları pley-off matçında üz-üzə gəlirlər.
"SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 18:30-da keçiriləcək.
Pley-off
28 may
18:30 - "Qəbələ" - "Mingəçevir"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
"SOCAR Polymer Arena".