Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Nadir Əliyev 5 ünvanında yerləşən dördmərtəbəli mansard tipli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az bununla bağlı FHN-ə istinadən xəbər verir.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının dördmərtəbəli mansard tipli binanın ikinci mərtəbəsində yerləşən ofisdə baş verdiyi məlum olub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Binada köməksiz vəziyyətdə qalmış bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən xilas olunub.
Yanğın nəticəsində ümumi sahəsi 90 kvadratmetr olan beşotaqlı ofisin bir otağı 30 m² sahədə və otaqdakı digər əşyalar yanıb.
Ofisin digər otaqları və binadakı başqa obyektlər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli binanın ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.