Misli Premyer Liqasına vəsiqə qazanmaq uğrunda baş tutacaq həlledici qarşılaşmanın hakim təyinatları artıq məlumdur.
Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumat verir ki, bu mühüm matçın idarəçiliyi FIFA referisi Tural Qurbanova həvalə olunub.
Baş hakimə yan xətlərdə Cəmil Quliyev və Asiman Əzizli kömək edəcəklər. Matçın dördüncü hakimi funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. VAR-da Rəvan Həmzəzadəyə, AVAR-da isə Teymur Teymurov olacaq.
Görüşün hakim-inspektoru Rəhim Həsənov, AFFA nümayəndəsi isə Elçin Mehtiyev olacaq.
Qeyd edək ki, "Qəbələ" və "Mingəçevir" komandaları arasındakı bu həlledici oyun mayın 28-də, saat 18:30-da "SOCAR Polymer Arena"da təşkil olunacaq.