Gəncədə avtomobil yanıb.
APA-nın məlumatına görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobildə anidən yanğın olub.
Hadisə yerinə FHN-in yanğından mühafizə qüvvələri cəlb olunub.
İlkin məlumata görə, yanğına səbəb avtomobilin elektrik sistemində yaranan qısa qapanma olub. Yanğın söndürülüb.