Gəncədə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş mərasimlərə hazırlıq işləri davam edir.
Oxu.Az xəbər verir ki, yerli hakimiyyət orqanları son hazırlıq işlərini tamamladığı vaxtda, məktəblilər qeyri-adi flaşmob hazırlayıblar.
Bu gün flaşmobun məşqləri zamanı minlərlə məktəbli özünəməxsus şəkildə Heydər Əliyevin canlı portretini düzəldiblər.
