“Altsom” Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Bu barədə Cenevrədə keçirilən mətbuat konfransında “Altsom Transport” şirkətinin MDB üzrə baş vitse-prezidenti Bernar Qonne bildirib, Day.Az Trend-ə istinadən xəbər verir.
“Bizim Azərbaycanla əməkdaşlığa olan marağımız iki səbəbdən irəli gəlir: əvvəla, ölkə intensiv şəkildə müasirləşir. İkincisi, belə bir müasirləşmə yeni texnologiyalar və yeni məhsul növlərinə tələbat yaradır” – deyə, Qonne bildirib.
Onun sözlərinə görə, şirkət üçün Azərbaycanda maraq kəsb edən üç istiqamət var.
“Bu, yük və ya sərnişin lokomotivləri, siqnalizasiya və tramvaylardır” – deyə, Qonne bildirib.
Onun sözlərinə görə, hazırda şirkət üçün Gəncə şəhəri böyük maraq kəsb edir.
“Gəncədə metro xətti işə salmaq istəyirlər və biz şəhər rəhbərliyinə bu metronun inşası üzrə layihə təklif etməyi planlaşdırıq” – deyə, Qonne bildirib.
www.day.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin