Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər sakininə məxsus mənzildən oğurluq edən Sədrəddin Musayev və Eltəkin Hüseynov saxlanılıblar.
Bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Onlar evdən ümumilikdə 10 800 manatlıq maddi vəsait və qızıl-zinət əşyaları oğurlayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları son 30 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfəri saxlayıblar. Onlardan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.
Rəylər