Azərbaycan Nazirlər Kabinetinin 2014-cü il 25 iyun tarixli, 200 nömrəli qərarı ilə Gəncə şəhərində “Park-Xiyaban” İstismar mühafizə idarəsi təsis edilib.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, şəhərin icra hakimiyyətində də nümayəndəliyi olan idarənin məqsədi park kompleksinin genişləndirilməsi və infrastrukturun mühafizəsi, abadlaşdırılması və modernləşdirilməsidir.
Nazirlər Kabineti idarədə 140 ştat vahidi açıb və onun üçün Gəncə İcra Hakimiyyətinə dövlət büdcəsinin ehtiyat fondundan 830 min manat vəsait ayırıb.
2015-ci ildən idarənin xərcləri dövlət büdcəsinə daxil ediləcək.