Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gəncədə partlayış baş verən binanın aqibəti necə olacaq?
Gəncədə 2024-cü il oktyabrın 18-də partlayış baş vermiş binada bugünədək təmir işlərinin başlanmaması sakinlər arasında narazılıq yaradıb.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, sakinlər indiyədək binanın taleyi barədə heç bir məlumat almadıqlarını bildiriblər. Həmçinin ərazidə hər hansı işin görülməməsi prosesin uzanacağına işarə edir. Bu vəziyyət isə hazırda kirayədə yaşayan sakinlərin narahatlığını artırır.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yararsız vəziyyətə düşmüş mənzillərdən çıxmağa məcbur olan ailələrin hər birinə kirayə pulu ödənilir. Qeyd edilib ki, bu problem həllini tapana qədər ödənişlər davam etdiriləcək.
Binanın bərpası və ya yenidən tikilməsi məsələsinə gəldikdə, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə baş verən çoxmənzilli binaya Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilib. Baxış prosesində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər və texniki baxış nəticəsində akt tərtib olunub.
Həmin akt əsasında binada bərpa işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş verilib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sənədlər hazırlandıqdan sonra müvafiq qurumlarla razılaşdırılacaq və bundan sonra işlərə başlanılacaq.
Sakinlər isə prosesin sürətlənməsini və məskunlaşma problemlərinin tezliklə həllini gözləyirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
"Partlayış hadisəsi" teqi üzrə xəbərlər
- Bir partlayışın əks-sədası: "Chevrolet Cobalt"lara qaz balonlarını Azərbaycan şirkəti quraşdırır?
- Bakıda avtomobil partlayıb: Sürücü xəsarət alıb
- Şəhidin atası partlayış zamanı HƏLAK OLDU - TƏFƏRRÜAT
- Şəmkirdə partlayışda xəsarət alan şəxsin kimliyi məlum oldu
- Qubada partlayışda xəsarət alan şəxs ÖLDÜ
Rəylər