Gəncədə qadın dəmir köşkün altında qalaraq ölüb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Qəmərli küçəsində baş verib.
Mişar daşlarının üzərinə qoyulan dəmir konstruksiyalı köşk şəhər sakini, 1973-cü il təvəllüdlü Qəhrəmanova Aytəkin Həmdəm qızının üzərinə aşıb.
Bədən xəsarətləri alan qadına yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.