Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gəncədə qadın paltarı geyinən kişi uşaqları oğurlayıb?
Gəncədə qadın paltarı geyinib marketlərə girən şəxs vətəndaşlar tərəfindən tutulub.
Oxu.Az Milli.Az-a istinadla xəbər verir ki, həmin şəxsin məktəbdən, parkdan uşaqları oğurlayıb apardığı iddia olunur.
Bu hadisə Gəncə şəhərində sakinlər arasında təhlükəsizliklə bağlı narahatlıq yaradıb. Şəhər sakinlərinin məlumatına görə, həmin şəxs qadın paltarı geyinərək özünü qarşı cinsdən biri kimi təqdim edib, bu üsulla diqqəti özündən yayındıraraq qurbanlarını asanlıqla seçib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, həmin şəxsin psixoloji problemləri var:
"Hazırda psixi sağlamlıq mərkəzindədir. Dedikləri isə həqiqəti əks etdirmir".
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
- Bakının mərkəzində əcnəbi işçilərin sakinlərə daş atdığı deyilən söküntü ilə bağlı AÇIQLAMA
- Tanışına SIM-kart almağa kömək etdi: Adına 200 MİN manat borc gəldi
- TDT DİN başçılarının növbəti görüşü Qazaxıstanda keçiriləcək
- Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb