Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Suqovuşan və Sarıcalıdakı məktəblərdə tədris prosesinə başlanılıb
Ağdərə rayonu Suqovuşan və Ağdam rayonu Sarıcalı kənd tam orta məktəblərində tədris prosesinə başlanılıb.
Bu barədə Oxu.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Aprelin 8-də Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Suqovuşan və Sarıcalı kənd tam orta məktəblərində tədris vəziyyətinə baxış keçirib.
Qeyd edək ki, Ağdərə rayonu Suqovuşan kənd tam orta məktəbi 144 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, kitabxana, fizika-kimya laboratoriyası, yeməkxana, akt zalı və inzibati heyət üçün iş otaqları var.
Ağdam rayonu Sarıcalı kənd tam orta məktəbi isə 360 şagird yerlikdir. 14 sinif otağı olan məktəbdə tədris prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Bununla yanaşı, məktəblər üçün nəzərdə tutulan ərazidə idman meydançası inşa olunub, oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Regional təhsil idarələrinə yeni müdirlər təyin olunublar
- Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub
- Buraxılış imtahanından "iki" alanlara attestat veriləcək?
- Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək
- 36 məktəb direktoru işdən çıxarıldı, 38 nəfərə şiddətli töhmət verildi - RƏSMİ