Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gəncədə qidadan zəhərlənən şəxslərin SON VƏZİYYƏTİ AÇIQLANDI
Ötən gün Gəncə şəhərində kütləvi zəhərlənmə halı baş verib.
Oxu.Az xəbər verir ki, zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq zəhərlənən şəxslərin son vəziyyətləri ilə bağlı bildirilib ki, aprelin 14-ü, saat 18:20-dən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə altı nəfər (dörd qadın, iki kişi cinsli) hospitalizasiya olunub.
"Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi və kəskin qastrit diaqnozları təyin edilən şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova