Gəncə şəhərindəki “Dəmiryolçular” parkında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadənin büstü açılıb.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, büstün üzərindəki örtük götürülüb.
Hazırda park ərazisində Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatları İstehsalat Birliyinin əməkdaşları təmizlik, təmir-bərpa işləri aparır. Ərazidə yaşıllaşdırma işləri aparılır, müxtəlif növ dekorativ ağaclar əkilir.
E.Ə.
www.oxu.az