Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gəncədə şiddətli yağış: 30-a yaxın fərdi yaşayış sahəsini su basıb
Ötən gün axşam saatlarından başlayaraq Gəncə şəhərinə yağan və hazırda da fasilələrlə davam edən güclü yağış bir sıra fəsadlar törədib.
"Report"un məlumatına görə, şəhərin Yeni Gəncə yaşayış massivində yeni salınan məhəllədə 30-a yaxın fərdi yaşayış sahəsini su basıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hadisə yerinə gələrək sakinlərlə görüşüb, güclü yağışın yol açdığı fəsadların aradan qaldırılması istiqamətində aparılan işlərlə yerində tanış olub.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Səməd Tomuyev bildirib ki, baş vermiş hadisə ilə əlaqədar olaraq aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışırlar.
Belə ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli regional qurumlarının əməkdaşları tərəfindən evlərə dolmuş yağış sularının ərazidən xaric edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Qısa vaxt ərzində yağış sularının evlərdən tamamilə çıxarılması təmin ediləcək.
Qeyd edək ki, analoji halların gələcəkdə də yaşanmaması üçün hazırda sözügedən ərazidə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sifarişi ilə yeni su ötürücü beton boruların inşası həyata keçirilir. İşlərin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub.
Gəncədə güclü yağışın fəsadları davam edir.
APA-nın məlumatına görə, gecə saatlarında şəhərin bir çox hissəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hal hazırda elektrik enerjisinin verilməsi bərpa edilməyib.
Sel suları evlərə dolub. Evlərə dolan suların çəkilməsinə başlanıb.
Hazırda yağışlı hava davam edir.
Gəncəyə güclü yağış yağıb.
APA-nın məlumatına görə, səhər saatlarında yağan şiddətli yağışdan sonra şəhərin bəzi hissələrini su basıb.
Sel suları küçələrdə bir sıra çətinlik yaradıb, avtomobillərin hərəkətinə mane olub.
Qeyd edək ki, hazırda qərb bölgəsinin əhatə etdiyi rayonlarda yağışlı hava şəraiti davam edir.
Rəylər