Türkiyənin Antalya vilayətinin Serik şəhəri yaxınlığında meşə yanğını baş verib.
Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, onun söndürülməsinə yerüstü vasitələr və aviasiya cəlb olunub.
Şəhər yaxınlığındakı meşə ərazisində yanğınla bağlı məlumat yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 18:00) daxil olub. Yanğının səbəbi hələ müəyyən edilməyib.
Onu söndürmək üçün 20-dən çox yanğınsöndürən maşın, 8 təyyarə və 6 helikopter cəlb olunub. Yanğın baş verən əraziyə Kənd Təsərrüfatı Nazirliyinin əlavə yanğından mühafizə bölmələri cəlb olunublar.
Türkiyənin bir çox bölgəsi kimi Antalyada da tez-tez təbii yanğınlara səbəb olan 40 dərəcə istilər hökm sürür.
Rəylər