Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli telefon satışı mağazasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 120 m² telefon satışı mağazasında əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan bir ədəd televizor əriyib.
Mağaza yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.