Gəncə şəhərinin Cavad Xan küçəsində yaşayan dörd ailə artıq 10 ildən artıqdır ki kirayədə yaşamağa məcbur olub. Bu insanların yaşadıqları ev 2008-ci ildə uçub.
Bina ötən əsrin əvvəlində inşa edilib və Gəncənin bəy evləri adlandırılıb. Sonralar tikili ərazidə hərəkət edən iri tonajlı avtomobillərin hərəkətinə tab gətirməyib və bir müddət sonra tamamilə dağıdılıb.
Lakin illər keçsə də, bu şəxslərin nə evlərini tikən var, nə də onları mənzillə təmin edən.
İlk vaxtlar vətəndaşların kirayə haqqı ödənsə də, sonradan o da kəsilib.
Daha ətraflı Baku TV-nin süjetində: