Gəncədə yerləşən uşaq evlərinin üç sakini ali məktəbə qəbul olub.
Onlar sevinclərini Baku TV ilə bölüşüblər.
Tələbələrdən Ayşə Quliyeva açıqlamasında bildirib:
"Hamı öz arzusunun ardınca getsin. Mən "Biznesin idarə olunması"na hazırlaşırdım və ora qəbul oldum. Müəllimlərimin rolu böyükdür. Mən də gələcəkdə özüm kimilərinə yardım edəcəyəm. Oxumaq gözəl hissdir".
Qeyd edək ki, avqustun 22-də ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.
Ətraflı süjetdə:
Gəncədə uşaq evlərinin 3 sakini ali məktəbə daxil olub