Gəncədə bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Qəsəbədə evlərin birinin damında usta işləyən 1957-ci il təvəllüdlü Tahir Xəlilovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Usta hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət