Gəncədə velosiped həvəskarlarının rahatlığını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Parkının yanında velosiped yolları istifadəyə verilib.
Oxu.Az Aznews.az-a istinadən xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, burada velosiped kirayələmə məntəqəsi də fəaliyyət göstərir.
Günün istənilən saatında velosiped həvəskarları ümumi uzunluğu 17 km olan yollarda velosiped sürmək imkanına malikdirlər.(Trend).