Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gəncədə xəstəxanada ölən uşaqla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə doqquz yaşlı qız xəstəxanada ölməsi ilə bağlı açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü il təvəllüdlü (qadın cinsli) şəxs fevralın 20-i, saat 02:50-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə yerləşdirilib:
“Ona plevrit diaqnozu qoyulub. Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 04:00-da bioloji ölüm baş verib. Ölüm səbəbi kimi tənəffüs çatışmazlığı qeyd olunur”.
08:30
Gəncədə doqquz yaşlı qız xəstəxanada ölüb.
Oxu.Az xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.
Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qız xəstəxanada ölüb.
Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub.
İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
"Gədəbəy" teqi üzrə xəbərlər
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Azərbaycanda güclü ildırım çaxdı: Xəstəxana və küçələrdə saatlardır işıq yoxdur
- Gədəbəydə minik maşını körpüdən aşdı: Xəsarət alanlar var
- Azərbaycanda vəzifəli şəxs içkili halda göyərti satan qadını TƏHQİR ETDİ: Həbs edildi
- Daşkəsən, Gədəbəy və Göygöldə dolu fəsadlar törədib
Rəylər