Gəncədə yas mərasimində baş vermiş zəhərlənmə hadisəsinin bəzi detalları məlum olub.
Zərərçəkən Eldəniz Cəfərov bildirib ki, hadisə şəxsi evdə, dostunun atasının yas mərasimində baş verib:
"Orada halva, çay-çörək yedik. Bir saat keçmədi ki, gözüm qaralmağa başladı, ürəyim bulandı. Daha sonra bizi xəstəxanaya gətirdilər".
Gəncə Şəhər Xəstəxanasının şöbə müdiri İradə Dəmirova bildirib ki, müraciət edən xəstələrin əksəriyyəti bozartma, pomidor və yuxadan istifadə ediblər:
"Zəhərlənmənin səbəbi məlum deyil. Hər vəziyyətdə xəstələr gətirilir, durumu ağır olanlar da var. Təcili göstəriş almışıq. İlkin tibbi yardımlar göstərilir. Ölüm hadisəsi qeydə alınmayıb".
Qeyd edək ki, yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb.
Ətraflı Baku TV-nin süjetində:
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
"Report"un məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli Xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma davam etdirilir.
Gəncədə yas mərasimində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinindən verilib.
Qeyd olunub ki, agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu və müvafiq qurumların əməkdaşları əraziyə ezam olunublar.
"Hazırda müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə məlumat veriləcək".
Əzizə İsmayılova
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
"Report"un məlumatına görə, mərasimin 75 iştirakçısı xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma davam etdirilir.
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
"Report"un məlumatına görə, şəhərdə keçirilən yas mərasimlərin birində 40-dan çox qonaq zəhərlənib.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Rəylər