Gəncə şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, “Toyota” markalı avtomobil yol kənarında dayanmış “NIVA” markalı avtomobilə çırpılıb.
Hadisə zamanı “Toyota” markalı avtomobilin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.