Gəncədə baş verən qəzada yaralanan şəxsin son vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"26.04.2026-cı il tarixində saat 17:10-da 1990-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Başın çoxsaylı açıq yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".
Qeyd edək ki, yaralanan şəxs Seymur İsmayılovdur.
Şükufə Süleymanlı
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
Qəza zamanı "Hyundai", "Opel" və VAZ-2104 markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.