Gəncə şəhərində mənzillərin birində baş verən partlayışda xəsarət alan şəxsin kimliyi məlum olub.
Gəncə Birləşmiş Şəhər Xəstəxanasının direktoru Nazim Əhmədov Oxu.Az-a bildirilib ki, baş verən hadisə nəticəsində 1988-ci il təvəllüdlü Məmmədov Vasif Əli oğluna sol qaşüstü nahiyənin əzilmiş yarası ilə təcili tibbi yardım göstərilib:
“O, təcili tibbi yardım xəstəxanasına gətirilib. Hazırda xəstəxanadadır. Vəziyyəti kafidir”.
10:42
Gəncə şəhərində mənzillərin birində partlayış baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bir nəfər yanıq xəsarətləri alıb.
İlkin məlumata görə, hadisə qaz sızması nəticəsində baş verib.
Mənzil yararsız hala düşüb.
İlhamə Əbülfət