“Azərlotereya” ASC tərəfindən təşkil edilən “5/36” lotereyasının 726-cı tirajında udulmuş 161 min 490 manat (təxminən 205 min ABŞ dolları) məbləğində “Cek Pot” Gəncə şəhər sakini Əliyev Sahib Adil oğluna təqdim edilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Azərbaycan lotereya oyunları tarixində udulan ən böyük məbləğdir.
“6/40” lotereyasında isə “Cek Pot”un uduş məbləği 300 min manat həddinə çatıb.