Bu gün Azərbaycanın paytaxtında daha binaya bomba qoyulması xəbəri yayılıb.
Oxu.Az xəbər verir ki, bu gün təxminən saat 17:45 radələrində polis əməkdaşları Azəriqazbankın (AGBank) Hüseyn Cavid parkı yaxınlığında yerləşən mərkəzi ofisinə daxil olaraq, əməkdaşlardan binanı boşaltmağı tələb ediblər.
Polisin sözlərinə görə, onlara binaya bomba qoyulması ilə bağlı xəbər daxil olub. Bundan sonra polis bankın işçilərindən evlərinə getməyi xahiş edib.
Bizim bankla əlaqə saxlamaq cəhdlərimiz bir nəticə vermədi.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 
www.oxu.az