Pharrell Williamsın eyni adlı klipi əsasında ayrı- ayrı ölkələrdə, şəhərlərdə “Happy” klipi çəkilməkdə davam edir. Bu dəfə isə “Happy Gəncə” videosu hazırlanıb.
Oxu.Az Qafqazinfo-ya istinadəb xəbər verir ki, klipdə Gəncə şəhərinin tanınmış simaları və Gəncənin fəal gəncləri iştirak edib. Şəhərin müxtəlif yerlərində- Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Heydər Əliyev Mərkəzi və Park Kompleksi, “Xan Bağı”, “Cavad Xan” Küçəsi, “Hacıkənd qəsəbəsi”, adlı yerlərdə çəkilib.
Klip Youtube-a “We Are Happy From Ganja” başlığı ilə yerləşdirilib. Avropanın yeni “Gənclər Paytaxtı”nda bütün sənət sahibləri xoşbəxtdir. Klipin çəkilməsində əsas məqsəd gəncəlilərin xoşbəxtliyini təsvir etməkdir.