“47 gəncin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr təhsili dəstəklənib”.
Oxu.Az-ın məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov “Vəkil olmaq istəyirəm” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, 400-dən çox gənc Gənclər Fondu vasitəsilə xaricdə müxtəlif təcrübə proqramlarında və eləcə də təhsillə bağlı nüfuzlu beynəlxalq tədbirlərdə iştirak edib:
“İstəyirik ki, daha çox gənci xaricdəki qısa təlim kurslarına cəlb edək. Xüsusilə bundan sonra sosial-həssas qrupdan olan gənclərə qrant layihələrinin ayrılmasına çalışacağıq”.
İlhamə Əbülfət