Gənclər Formunda qonaq qismində iştirak edənlər sırasında 44 günlük Vətən müharibəsinin iştirakçıları olmuş gənc vətənpərvərlər də yer alıb.
Ölkə başçısının gənclərə verdiyi yüksək dəyər və göstərdiyi qayğıdan danışan Azər Abdullazadə bütün gəncləri təbrik edib və onlara müvəffəqiyyətlər arzulayıb.
Oxu.Az-ın əməkdaşı ilə həmsöhbət olan qəhrəmanımız Azər Abdullazadə Vətən müharibəsində göstərdiyi şücaətlərə görə “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülüb.
O deyir ki, bu forumda iştirakına görə aidiyyəti qurumlara dərin təşəkkürünü bildirir:
“Azərbaycan gənci kimi çox qürurluyam. Bu gün bütün gənclərimizə vətənə xidmətlərində müvəffəqiyyət arzu edirəm. Cənab Ali Baş Komandan hər zaman gənclərə xüsusi qayğı göstərir. Prezidentimizə bir gənc kimi, həm də Vətən müharibəsi iştirakçısı kimi verdiyi dəstəkdən dolayı təşəkkürümü bildirirəm. Ölkədə gənclərin inkişafı və müxtəlif sahələrdə uğur qazanmaları üçün bütün zəruri addımlar atılır. Cənab Prezident hər zaman gənclərin yanındadır. Biz də gənclər olaraq Vətənimizə xidmət etməyə borcluyuq”.
Könül Cəfərli