Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ABAD” publik hüquqi şəxsin ardınca gənclər və idman naziri Fərid Qayıbov da “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub. Nazir bunu “Facebook” hesabında etdiyi videomüraciətdə bildirib. F.Qayıbov hər kəsi sağlam həyat tərzi üçün şəkər istehlakını azaltmağa və istehlak olunan qidalara fikir verməyə dəvət edib.
Qeyd edək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə reallaşdırılır. Kampaniya ilə əlaqədar agentlik tərəfindən geniş təbliğat-təşviqat işləri aparılır, maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur:
Gənclər və idman naziri Fərid Qayıbov AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub - VİDEO
Rəylər