Azərbaycan Silahlı Qüvvələrinə ağır itki üz verib.
Oxu.Az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev mayın 10-da 76 yaşında vəfat edib.
Bu gün saat 14.30-dan 15.30-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mərhumla vida mərasimi olacaq.
Dəfn mərasimi 2-ci Şəhidlər Xiyabanında keçiriləcək.