Hazırda Nardaranda vəziyyət normaldır və tam nəzarət altındadır.
Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Səhlab Bağırov Bakının Nardaran qəsəbəsindəki son vəziyyətlə bağlı jurnalistlərə açıqlamasında deyib.
General bildirib ki, hüquq-mühafizə orqanları əvvəlki qaydada təhlükəsizlik tədbirlərini davam etdirirlər.