1878-ci ildə Bibiheybətdəki quyuların birində neft fontan vurur. Bu hadisə sonradan Azərbaycan tarixində öz izini qoyan bir şəxsiyyətin varlanmasına gətirib çıxarır. Bu, milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev idi.
Onun həyatında ilk dönüş nöqtəsi Bibiheybətdəki yataqdan çıxan neft idisə, həyatının digər vacib hadisələrindən biri oğlu Məhəmmədin ölümü idi.
Bu hadisəni milyonçunun qızı Sara xanım belə xatırlayırdı: “Ailəmizdə ən dəhşətli gün qardaşım Məhəmmədin ölüm xəbəri gələndə oldu. Anama demədik. İlk oğlu idi, onu hamıdan çox istəyirdi. 18 yaşı var idi, bir qıza vurulmuşdu. Anam qardaşımı evləndirməyə çox cəhd etdi, Hacı dedi ki, çox cavandır, qoy bərkdən-boşdan çıxsın. Görünür, taleyi belə imiş. Ölməmişdən iki ay əvvəl Məhəmməddən məktub almışdıq. Yazırdı ki, tövlədə başımızın altında yəhərlə yatırıq. Məni Hacının kabinetinə çağırdılar. Bacım Leyla da orada idi. Atam ağlayırdı. Mənə bir teleqram uzatdı. Oxudum: Məhəmməd özünü güllə ilə vurdu”.
Ətraflı Baku TV-nin “Aydın tarix” verilişində: