Goranboy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü T.Namazov yaşadığı evdə dəm qazından zəhərlənib.
O, ağır halda xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən şəxsin vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.