"Bu gün saat 19:40-da Goranboy rayonunun Ağcakənd qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1986 və 1997-ci il təvəllüdlü iki nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-in Mətbuat Xidmətindən bildiriblər.
Onlara açıq kəllə beyin travması və təpə nahiyəsinin çapılmış yarası diaqnozu təyin edilib.
Pasiyentlərdən biri zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digəri özəl tibb müəssisələrindən birinə təxliyə edilib.
Goranboyda ağır qəza baş verib, avtomobil evə çırpılıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Ağcakənd istiqamətində baş verib.
İlkin məlumata görə, KIA markalı avtomobil evə çırpılıb.
Nəticədə iki nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Xəsarət alan şəxslərdən biri Xocalı rayon sakini 1986-cı il təvəllüdlü Ramal Mehdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəsarət alan daha bir nəfər isə Bakı şəhər sakinidir.
Faktla bağlı araşdırma başlanılıb.