Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Qazax yolunun rayonun Nizami kəndindən keçən hissəsində 1988-ci il təvəllüdlü Əmirəliyev Xaliq Vilayət oğlunun idarə etdiri yük maşını VAZ 21011 markalı minik avtomobilini arxadan vurub.
Hadisə nəticəsində VAZ-ın sürücüsü 1948-ci il təvəllüdlü Pirverdiyev Tofiq İmamqulu oğlu xəsarət alıb, vəziyyəti orta-ağırdır.
Nazir Quliyev