Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Goranboyda avtomobil işıq dirəyinə çırpılıb, ölən var
Goranboy rayonunun Yeni Yol kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əhməd Muxtar oğlu Seyidovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Nəticədə sürücü aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ən çox oxunanlar