Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçməsi və bəzi əraziləri su basması ilə bağlı açıqlama verib.
ASC-nin mətbuat katibi Dilqəm Şərifov Oxu.Az-a bildirib ki, hazırda əraziyə texnikalar cəlb olunub:
“İdarənin heyəti iş başındadır. Sel və daşqınların fəsad törətməməsi üçün səhərə kimi tədbirlər görülür. Sədr müavini də artıq əraziyə ezam olunub. Sabah gün ərzində ehtiyac olacaqsa, yaxın ərazilərdən də texnikalar cəlb olunacaq”.
İlhamə Əbülfət
19:50
Goranboyda güclü yağış bir sıra fəsadlarla nəticələnib.
Oxu.Az xəbər verir ki, bu gün rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.
Belə ki, sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib.
Bir neçə avtomobili selin apardığı, evlərə su dolduğu və hazırda yağışlı hava şəraitinin davam etdiyi qeyd edilir.
View this post on Instagram"Goranboy" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 23-cü günü: 13 kənd işğaldan azad edilir - Foto
- Vətən müharibəsinin 21-ci günü: Füzuli şəhəri işğaldan azad edilir
- Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var
- Vətən müharibəsinin 20-ci günü: Üç kəndimiz işğaldan azad edilir - Foto
- Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı
Digər xəbərlər