Goranboyun Boluslu kəndinin ərazisində canavar sürüyə hücum çəkib.
Bu barədə Oxu.Az-a rayonun Boluslu kəndinə bağlı Eyvazlılar kənd bələdiyyə sədri məlumat verib.
O bildirib ki, hadisə dünən günorta saatlarında baş verib:
“Hadisə kənd sakini Elman Adıgözəlov sürünü kəndin kənarında otaran zaman baş verib. Bir müddət sürüdən ayrılıb, evə gəlib. Qayıdanda görüb ki, canavar sürüyə girib, iki baş qoyunu öldürüb, üçünü isə ölümcül halda yaralayıb”.
Bələdiyyə sədrinin sözlərinə görə, kənddə tez-tez də olmasa, arabir bu kimi hallar müşahidə edilir:
“Canavarlar çox olur. Tez-tez olmasa da, xırdabuynuzlu heyvanları nəzarətsiz qoyanda bu hadisələr qaçılmazdır”.
Könül Cəfərli
Rəylər