Goranboy rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan dörd nəfər (ikisi qadın, ikisi kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı xəsarətləri diaqnozu təyin edilib. Hazırda üç nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. Digər bir nəfərə zəruri tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib", - deyə məlumatda bildirilir.
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 13:00-da rayon ərazisində qeydə alınıb.
Belə ki, Qarasüleymanlı kənd sakini, 1989-cu il təvəllüdlü Tural Mustafayevin idarə etdiyi VAZ-2107 avtomobil Aşağı Ballıqaya kənd sakini, 1998-ci il təvəllüdlü Fariz Səlimovun idarə etdiyi VAZ-2115 avtomobili ilə toqquşub.
Hadisə nəticəsində Fariz Səlimovun atası 1975-ci il təvəllüdlü Rauf Səlimov və Tural Mustafayevin anası 1960-cı il təvəllüdlü Əsibə Mustafayeva yüngül xəsarət alıblar və hər iki şəxs ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova