Bu gün Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, hadisə səhər saat 11 radələrində qeydə alınıb.
"Hyundai" markalı, 90-BO-755 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Samir Məmmədov idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Qəza nəticəsində sürücünün azyaşlı övladı Nicat Məmmədov xəsarət alıb. O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və baş nahiyəsinə tikiş qoyulub. Faktla bağlı araşdırma aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a bildirilib ki, iyunun 9-da saat 11:45-də Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 2010-cu il və 1953-cü il təvəllüdlü iki nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bildirilib ki, onlara başın təpə nahiyəsinin dərin kəsilmiş yarası və dəqiqləşdirilməmiş travması diaqnozu təyin edilib.
"Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.
Aləmdə Nəsib