Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Rəhimli kəndi ərazisində qeydə alınıb.
Oxu.Az xəbər verir ki, APA TV-nin məlumatına görə, Kəlbəcər rayonundan məcburi köçkün olan və hazırda Goranboy rayonunun Veysli kəndində məskunlaşan 38 yaşlı Elçin Ələsgərov idarə etdiyi “VAZ 2172” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı irigövdəli ağaca çırpılıb. Avtomobildə tək olan Elçin Ələsgərov aldığı xəsarətdən hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.