Rusiyanın ən qalmaqallı siyasətçisi Bakıda səfərdədir, bu səfər çoxları üçün gözlənilməz oldu.
Bu gün o, Bakı Slavyan Universitetində olub. Bu görüşdən sonra Vladimir Volfoviçə bir neçə sual verməyə nail olduq.
- Vladimir Volfoviç, ölkəmiz haqqında fikriniz?
- Çox yaxşı! Millət və rəhbərlər – hər şey əladır! Hər şey əladır!
- Siz Azərbaycan və onun sakinlərinin ünvanına dəfələrlə birmənalı olmayan ifadələr işlətmisiz. Səfərdən sonra münasibətiniz dəyişib?
- Əlbəttə! Dəyişib - həm də ən yaxşı səmtdə! Gözəl ölkə, mədəniyyət. Mən burada 40 il olmamışam! Biz bir-birimizi yaxından tanımağı çatdırmırıq. Hansısa Afrika, Avropa ilə maraqlanırıq, amma yaxınlıqda baş verənlərdən xəbərsizik. Bəzən insanlar belə öz haqlarında az şey bilirlər. Bir sözlə təəssüratlar çox yaxşıdır! Çox sağ olun!
Aliyə İsmayılzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az