Goranboyda usta bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində baş verib.
Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Faiq Bahadur oğlu Məmmədov tikintidə işləyən zaman hündürlükdən yıxılaraq ağır xəsarət alıb. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az