Goranboy rayonunda gənc velosipeddən yıxılaraq vəfat edib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində baş verib.
Kənd sakini Səməd Məmmədov velosiped idarə edərkən, sükana nəzarəti itirərək yıxılıb. Nəticədə о, müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralı dərhal Goranboy Rayon mərkəzi xəstəxanasına çatıdılırıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xılas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.