Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Göyçayda ağır qəza: Xəsarət alanlar var
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami və M.Müşviq küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı ət dükanına çırpılıb.
Yaralılar dərhal təcili yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, sentyabrın 2-də saat 00:00-da Göyçay şəhəri ərazisində Murad Abdullayevin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.
Nəticədə sərnişin, 2003-cü il təvəllüdlü Rəşad Süleymanov sınıq xəsarətləri alıb.
Sürücü, eləcə də digər üç sərnişinə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
- Gəncədə sərnişin avtobusu ilə minik maşını TOQQUŞDU: Xəsarət alanlar var
- Cəlilabadda baş verən avtoqəza nəticəsində xəsarət alan şəxslərin VƏZİYYƏTLƏRİ AÇIQLANDI
- Gəncədə yolun hərəkət hissəsinin qazılması qəzaya səbəb oldu: Avtomobil aşdı
- Tələbələrin düşdüyü ağır qəzaya görə QƏRAR VERİLDİ - Bir nəfər ölmüşdü
- Rusiyalı sərhədçilər Ermənistanda qəzaya düşdülər: Ölən var