Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
 (1) (1) (1):1200.jpg)
Göyçayda altıotaqlı evdə yanğın olub
Göyçayda 6 otaqlı evdə yanğın baş verib.
FHN-dən verilən xəbərə görə, Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində tikintisi başa çatmayan, ümumi sahəsi 190 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları 75 kvadratmetr sahədə, bir otağının döşəməsi 25 kvadratmetr sahədə, içərisinə yığılan 2 ton ot bağlaması və plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar